Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın son iki oyununa görə futbolçuları mükafatlandırıb.
Sportal.az xəbər verir ki, AFFA “Avro-2020”nin seçmə mərhələsinin Xorvatiya ilə rəsmi matçına və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 manat pul mükafatı verib (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün).
Xatırladaq ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib.
Qeyd edək ki, adətən, dünya təcrübəsində rəsmi oyunlardakı məğlubiyyət və zəif rəqiblərlə yoxlama matçlarındakı heç-heçəyə görə pul mükafatı verilmir. (Qol.az)
saytlarin hazirlanmasi