Peşəkar Futbol Liqası 2018/19 mövsümünün rəmzi komandasını açıqlayıb.
Sportal.az xəbər verir ki, "InStat Sport"un təhlilinə əsasən, mövsüm ərzində rəmzi komandaya ən çox düşən futbolçular mövsümün komandasında yer alıb.
Qapıçı: Səlahət Ağayev ("Neftçi");
Müdafiəçilər: Donald Gerye ("Qarabağ"), Bədavi Hüseynov ("Qarabağ"), Voislav Stankoviç ("Qəbələ") / Kiril Petrov ("Neftçi"), Abbas Hüseynov / Maksim Medvedev ("Qarabağ");
Yarımmüdafiəçilər: Abdullah Zubir, Dani Kintana, Filip Ozobiç, Miçel (hamısı "Qarabağ");
Hücumçular: Ceyms Adeniyi ("Qəbələ"), Mahir Emreli ("Qarabağ").