Rusiya klubu azərbaycanlı futbolçunu transfer etdi

13:47 - 6 İyul 2019

Rusiyanın "Ufa" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Moskva "Spartak"ının yetirməsi Turqay Möhbalıyevi transfer edib. 19 yaşlı sağ cinah müdafiəçisinin müqavilə şərtləri açıqlanmayıb.

 

Azərbaycanlı olan Turqay Naxçıvanda doğulub. Gənc oyunçu Rusiyanın U-19 yığmasında çıxış edir. Möhbalıyev ötən mövsüm "Spartak"ın ikinci komandasında 28 oyuna 2 qol vurub.

Xəbər xətti