"Neftçi"nin favorit hesab edilməsini anlamıram" - "Sperantsa" cəbhəsindən iddialı açıqlamalar

15:32 - 8 İyul 2019

"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Moldovanın "Sperantsa" klubunun qonağı olacaq.

 

Sportal.az publika.md saytına istinadən xəbər verir ki, klubun prezidenti Petru Efros, baş məşqçisi Kristian Efros və futbolçusu Felipe Pons Ramires açıqlama verib.

 

Klub prezidenti Petru Efros komandaların şanlarını bərabər hesab edir:

 

"Neftçi"nin favorit hesab edilməsini anlamıram. Onlar neft, biz də pomidor satırıq. Hansısa problem görmürəm. Şanslar bərabərdir. Cütün taleyini baş məşqçilər - Roberto Bordin və Kristain Efros həll edəcək".

 

Baş məşqçi Kristian Efros "Neftçi"ni təhlil etməkdə çətinlik çəkdiyini deyib:

 

“Hazırda Azərbaycan çempionatında fasilədəri və “Neftçi”ni təhlil etməkdə çətinlik çəkirəm. 4-3-3 taktiki sxeminə üstünlük verdiklərini görmüşəm. Hücumlara keçəndə cinahdakı sürətli futbolçularından istifadə edirlər. Bizim əsas üstünlüyümüz ondadır ki, Moldova çempionatında hər həftə oyun keçiririk”.

 

Moldova klubunun meksikalı yarımmüdafiəçisi Felipe Pons Ramires də fikirlərini bölüşüb:

 

"Burada özümü xoşbəxt hiss edirəm. Avropada çıxış etdiyim üçün şadam. "Neftçi" haqda bir şey bilmirəm, sadəcə icmallara baxmışam. Bu komandanın adını heç eşitməmişdim. Yaxşı oyun keçirəcəyimizə ümid edirəm".

 

"Sperantsa" - "Neftçi" oyunu "Zimbru" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə 21:00-da səslənəcək. Cavab oyunu bir həftə sonra baş tutacaq.

Xəbər xətti