"Boka Xuniors" qapıçısı Marko Diası heyətinə qatmaq istəyən "Qarabağ"ın transfer təklifini geri çevirib.
Sportal.az "Grupo La Provincia"a istinadən xəbər verir ki, Argentina klubu heyətə düşə bilməsə də, 33 yaşlı qolkiperi komandada saxlamağa qərar verib.
Dias bu ilin əvvəlində "Urakan"dan "Boka Xuniors"a keçib. Təcrübəli qolkiperin müqaviləsi 2020-ci ilin yayında bitir.
saytlarin hazirlanmasi