"Neftçi" Avropa Liqası ilə vidalaşdı - YENİLƏNİB

22:52 - 15 Avqust 2019

“Neftçi” bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi İsarildə “Bney Yehuda”nın qonağı olub. Petah Tikvadakı “Ha Moşava” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

İki oyunun nəticəsinə əsasən, "Neftçi" mübarizəni dayandırıb.

 

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu


21:00. “Bney Yehuda” – “Neftçi” - 2:1 (İlk oyun: 2:2)

Qollar: Dor Jan,14, Tambi Saqas, 66 - Emin Mahmudov, 90+3 (pen.)

Baş hakim: Daniele Doveri

Yan xətt hakimləri: Alessandro Kostantso və Alesio Tolfo

Dördüncü hakim: Fabritsio Paskua (hamısı İtaliya)

Hakim-inspektor: Stefan Lannoy (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva, “Ha Moshava” stadionu.

Xəbər xətti