Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi Devid Hili "Belfast Telegraph" nəşrinə danışıb.
Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis III mərhələdə Monteneqronun "Sutyeska" klubunu mübarizədən kənarlaşdırmalarından danışıb:
"Sutyeska" ilə oyundan sonra bəzi futbolçularımın gözündə yaş var idi. Bu, mənim üçün sevindirici amildir. Bəzi insanlar futbolçuların bir məğlubiyyətdən sonra ruhdan düşdüyünü deyir. Futbolçuların oyuna nə qədər ciddi yanaşdığını görürdüm. Xüsusi komandamız var və pley-offa yüksəldiyimiz üçün məmnun oldum. Bu ruhda davam etməliyik".
Devid Hili yığmada sonuncu qolunu 2012-ci ilin noyabrın 14-ü Azərbaycan millisinə vurub. O, Şimali İrlandiya yığmasının DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla ev matçının 90+6-cı dəqiqəsində cərimə zərbəsindən Səlahət Ağayevin qoruduğu qapıya vurduğu qolla yekun nəticəni müəyyənləşdirmişdi - 1:1.
Gənc çalışdırıcı həmin qolu belə xatırlayıb: "Bu, mənim Şimali İrlandiya forması ilə topa son toxunuşum idi. Düzdür, sonra İsrailə qarşı da oynamışam, ancaq topa toxunduğumu xatırlamıram".
Hili "Qarabağ" barədə xeyli məlumat topladığını deyib: "Rəqiblə bağlı xeyli məlumatımız var. Pley-offa yaxşı hazırlaşmalıyıq. Buna görə də "Dandolk"dakı həmkarlarımızdan məlumat ala bilərik".
saytlarin hazirlanmasi