Polşa millisi daha bir hücumçusunu itirdi

09:36 - 8 İyun 2021

Polşa millisi Avropa çempionatı öncəsi daha bir itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Fransanın "Marsel" klubunun hücumçusu Arkadiuş Milik zədə səbəbindən turniri buraxacaq. 27 yaşlı forvardın adı siyahıdan çıxarılıb.

 

Daha öncə komandanın digər hücumçusu Kşiştof Pyontek də zədə səbəbində heyətdən kənar qalmışdı.

 

Polşa millisi Slovakiya, İspaniya və İsveçlə birlikdə E qrupunda mübarizə aparacaq.

Xəbər xətti