Tovuzlu şəhidin dostundan Türkiyəyə dəstək

16:40 - 10 Fevral 2023

“Turan Tovuz” – “Kəpəz” oyunu üçün bilet satışı davam edir.

 

Sportal.az xəbər verir ki, havanın qarlı olmasına baxmayaraq bilet satışına maraq böyükdür.  Bilet satışının pik nöqtəsinin isə oyuna 2, 3 saat qalmış olması gözlənilir.

 

Bu gün də simvolik bilet alaraq qiymətindən qat-qat çox ianə edənlər olub. Belə ki, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalmış, “Turan Tovuz”un keçmiş futbolçusu İlqar Zeynallının adını açıqlanmasını istəməyən bir dostu 1 bilet alaraq 200 AZN ianə edib.

 

Qeyd edək ki, Tovuz şəhər stadionunda yerləşən meydançalardan biri məhz şəhid İlqar Zeynallının adını daşıyır.

 

Xəbər xətti