"Turan Tovuz" bilet satışından əldə olunan gəliri açıqladı

21:17 - 13 Fevral 2023

“Turan Tovuz” – “Kəpəz” oyununda satışa çıxarılmış 2350 biletin satışından əldə olunmuş 7 min manat vəsait zəlzələdən əziyyət çəkən qardaş Türkiyəyə yardım məqsədi ilə AFAD-ın hesabına köçürülüb.

 

Sportal.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, "Turan Tovuz" - "Kəpəz" qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti