"Turan Tovuz"un futbolçuları kənd məktəbində qonaq oldular - FOTO

18:28 - 16 Fevral 2023

Bu gün "Turan Tovuz"un futbolçuları Kamal Bayramov, Siyanda Xulu, Denis Marandiçi, Xəyal Nəcəfov, Turan Vəlizadə, Belajdi Pusi, akademiyanın koordinatoru Rasim Əliyev, mətbuat katibi Süleyman Tağıyev Məzahir Quliyev adına Şamlıq kənd tam orta məktəbinin qonağı olublar.

 

Sportal.az xəbər verir ki, rayonun ən ucqar kənd məktəblərindən olan Şamlıq kənd tam orta məktəbində 175 şagird təhsil alır. Şəhər mərkəzindən 50 kilometr uzaqlıqda yerləşən kəndin sakinləri və şagirdlər "Turan Tovuz"un oyunlarına tez-tez gələ bilmədiyindən klub onların onların qonağı olmaq qərarına gəlib.

 

Məktəbin direktoru Elxan Əliyev müəllim və şagird heyəti komandanı yüksək səviyyədə qəbul edib. Akt zalında keçirilən görüş zamanı "Turan Tovuz" haqqında müəllim və şagird heyətinə geniş məlumat verilib.

 

Daha sonra şagirdlərin sualları cavablandırılıb. Klub tərəfindən məktəbə hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkilib.

 

Bir 4 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir

Xəbər xətti