"Turan Tovuz"un legioneri ölkəsinin millisinə dəvət aldı

20:36 - 14 Mart 2023

"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinin qarşıdakı 2 oyununda yığma komandanın sərəncamında olacaq.

Sportal.az xəbər verir ki, 31 yaşlı mərkəz müdafiəçisi Afrika Millətlər Kubokunun təsnifat mərhələsində martın 24 və 28-də Liberiya ilə keçiriləcək oyunlar üçün CAR millisinə dəvət alıb.

Qeyd edək ki, Siyanda Xulu mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir. Təcrübəli futbolçu qərb bölgəsi təmsilçisinin heyətində 19 rəsmi matçda çıxış edib.

Xəbər xətti