"Turan Tovuz" panamalının transferini açıqladı

12:38 - 22 Mart 2023

“Turan Tovuz” yeni transferini açıqlayıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Panama millisinin üzvü Roderik Millerlə müqavilə imzalayıb.

Hələ ki, müqavilənin şərtləri barədə məlumat verilməyib.

Müdafiəçinin son klubu İraqın “Əl-Mina” klubu olub.

O, bundan əvvəl “Atletiko Nasyonal”, “Feyrense”, “Okjetpes”, “San-Fransisko” klublarında oynayıb.

Xəbər xətti