"Ümid edirəm ki, bu formanı uzun müddət geyinmək mənə nəsib olacaq"

20:06 - 25 Mart 2023

"Turan Tovuz" kapitanı Şəhriyar Əliyev müqavilə müddətini daha bir il artırıb.

Sportal.az xəbər verir ki, müdafiəçi instaqram hesabında bununla bağlı paylaşım edib. Əliyev Tovuz təmsilçisinin formasını uzun illər geyinmək istədiyini yazıb:

"Daha bir il burada olacağıma görə xoşbəxtəm. Ümid edirəm ki, oyunumuzla azarkeşlərimizi sevindirəcəyik və bu formanı uzun müddət geyinmək, bu forma altında uğur qazanmaq mənə nəsib olacaq".


 

Xəbər xətti