Premyer Liqa klubunu tərk edəcək ilk legionerin adı bəlli oldu

13:31 - 30 Mart 2023

Premyer Liqa təmsilçisi "Turan Tovuz" yayda bəzi futbolçularla yollarını ayıracaq.

Sportal.az saytına verilən məlumata görə, bölgə klubu yayda heyətinə qatdığı Ben Aziz Dao ilə müqavilə müddətini uzatmayacaq.

Əslində, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv burkina-fasolu müdafiəçi ilə qışda yollarını ayırmağa çalışırdı.

Lakin afrikalı futbolçu bunu istəməyib. Ona görə də, Dao əvəzedici heyətə göndərilib. Yayda isə "Turan Tovuz" adıçəkilən futbolçuya yeni müqavilə təklif etmədən, onunla işbirliyinə son qoyacaq.

23 yaşlı müdafiəçi Azərbaycana gələnə qədər "Dunes", "Slutsk", "Smorqon", "Dunes" klublarında çıxış etmişdi.

Xəbər xətti