"Neftçi"nin futbolçusu icarədə olduğu klubda qala bilər

15:30 - 10 Aprel 2023

"Neftçi"nin futbolçusu Xəyal Nəcəfov icarədə oynadığı klubda qala bilər.

Sportal.az saytına verilən məlumata görə, qərb təmsilçisi onun icarə müddətini uzatmağı planlaşdırır.

Müqavilə ilə "Neftçi"yə məxsus olan yarımmüdafiəçinin Bakı klubu ilə daha bir illik müqaviləsi qüvvədədir.

Qərb klubunda bu mövsüm effektiv oyun göstərən Nəcəfovun xidmətində daha bir neçə klub maraqlı olsa da, "Turan Tovuz" onun icarə müddətini daha bir illik artırmaq istəyir.

Xəbər xətti