"Turan Tovuz" rəhbərliyi mükafat vəd etdi: "Neftçi" səddini keçsələr, bu qədər qazanacaqlar

12:31 - 26 Aprel 2023

"Turan Tovuz" rəhbərliyi futbolçulara mükafat vəd edib.

Sportal.az saytına verilən məlumata görə, bu gün yarımfinal mərhələsinin "Neftçi" ilə cavab oyununa çıxacaq komanda finala adını yazdırarsa, futbolçular 3000 manat mükafat alacaq.

"Neftçi" - "Turan Tovuz" matçı "Bakcell Arena"da keçiriləcək və 20:00-da başlanacaq. 

Tovuzda keçirilmiş ilk matç "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti