"Turan Tovuz"da ciddi itkilər: 2 qapıçı, 2 müdafiəçi

14:29 - 1 May 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində səfərdə "Zirə"nin qonağı olacaq.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi bu görüşə ciddi itkilərlə çıxacaq. Tovuzluların qapıçısı Tərlan Əhmədli zədəlidir. Digər qolkiper Kamal Bayramov isə cəza səbəbindən bu matçda iştirak edə bilməyəcək.

"Turan Tovuz"un müdafiəçiləri Eltun turabov və Tərlan Quliyev də cəzalıdır. "Kəpəz"lə oyunda qırmızı vərəqə görən Piruzi Marakvelidze isə cəzasını başa vurub və səfərdə komandasına kömək edə biləcək.

Qeyd edək ki, "Zirə" - "Turan Tovuz" qarşılaşması bu gün saat 20:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Xəbər xətti