"Turan Tovuz"un qapıçısı üçün mövsüm bitdi

13:40 - 13 May 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 34-cü turunda səfərdə "Qəbələ"ni qonağı olacaq.

Sportal.az saytının məlumatına görə, qərb bölgəsi təmsilçisi bu qarşılaşmaya bir itki ilə çıxacaq. Qapıçı Tərlan Əhmədli zədə səbəbindən komandasına kömək edə bilməyəcək.

28 yaşlı qolkiperin qarşıdakı matçlarda da oynamaq ehtimalı yoxdur. Premyer Liqanın 31-ci turunun "Sabah"la oyununda (0:2) zədələnən Əhmədli üçün mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Tərlan Əhmədli mövsümün əvvəlindən "Turan Tovuz"da çıxış edir. Təcrüəbli qapıçı komandanın heyətində 26 Premyer Liqa, 3 kubok matçında meydana çıxıb.

Xəbər xətti