"Turan Tovuz"un stadionu üçün yenilik - FOTO

15:37 - 22 May 2023

Tovuz şəhər stadionunda yeni mövsümlə bağlı hazırlıqlar davam etdirilir.

Sportal.az saytının əməkdaşının verdiyi məlumata görə, stadionun projektorları qısa müddətdə quraşdırılacaq və yeni mövsümə hazır olacaq.

Bunun üçün bütün lazımı ləvazimatlar, konstruksiyalar stadiona gətirilib. 

Yeni mövsüm "Turan Tovuz"un oyunlarını yalnız günorta saatlarında deyil, axşam saatlarında da keçirilməsi gözlənilir. Stadionun projektorları olmadığı üçün komanda bu mövsümkü görüşlərini yalnız günorta saatlarında oynamağa məcbur qalmışdı.

Xəbər xətti