"Beşiktaş" "Zenit"dən rusiyalı futbolçunun keçidini həll etməyə çalışır

12:44 - 14 İyun 2023

"Beşiktaş" "Zenit"in yarımmüdafiəçisi Daler Kuzyaevə iki illik müqavilə təklif etməyə hazırlaşır.

Sportal.az "Fotomac"a istinadən xəbər verir ki, 30 yaşlı rusiyalı futbolçunun İstanbul klubundakı maaşı ildə 1,8- 2,2 milyon avro arasında dəyişə bilər.

Kuzyaev "Beşiktaş"la müqavilə imzalayarkən 2,5 milyon avro bonus qazanacaq. Onun "Zenit"lə hazırkı müqaviləsi iyunun sonunda başa çatır. Ötən mövsüm yarımmüdafiəçi Sankt-Peterburq klubunun heyətində 35 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Adıçəkilən futbolçu Rusiya klubunun heyətində dörd dəfə Rusiya çempionu olmaqla yeddi kubok qazandı.

Xəbər xətti