"Turan Tovuz" daha bir futbolçu ilə müqaviləni uzatdı

19:57 - 14 İyun 2023

“Turan Tovuz” Sadiq Quliyevlə müqaviləni daha 1 il müddətinə artırıb. 

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi 2023-2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Futbolçu ötən ilin yayından Tovuz təmsilçisində oynayır. Təcrübəli müdafiəçi komandanın heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol vurub.

Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli və Tərlan Quliyevlə yeni sözləşmə imzalayıb.

Xəbər xətti