Premyer Liqa klubu "Tottenhem"in sabiq üzvü ilə yollarını ayırdı

10:53 - 15 İyun 2023

Başa çatan mövsümü "Turan Tovuz"da keçirmiş Natan Oduvanın komandada qalıb-qalmayacağı bəlli olub.

Sportal.az saytına verilən məlumata görə, Böyük Britaniyadan olan yarımmüdafiəçi yeni sezonda Tovuz klubunda başlamayacaq. 

Onlar yeni müqavilə məsələsində ortaq məxrəcə gələ bilməyib. Ona görə də, Oduvanın qərb təmsilçisi ilə yolları ayrılıb.

Mövsümün gedişində isə "Tottenhem"in sabiq üzvünün adı "Neftçi" və "Qəbələ" ilə hallanırdı.

Xəbər xətti