"Turan Tovuz" daha bir futbolçu ilə müqavilə imzaladı

19:50 - 15 İyun 2023

"Turan Tovuz" daha bir futbolçusu ilə yola davam etmək qərarı verib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Ehtiram Şahverdiyevlə müqaviləni daha 1 il müddətinə artırıb. 25 yaşlı yarımmüdafiəçi 2023/2024-cü illər mövsümünün sonunadək komandanın şərəfini qoruyacaq.

Ehtiram Şahverdiyev 2022-ci ilin yayından "Turan Tovuz"da çıxış edir. O, tovuzluların heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Turan Tovuz" bundan əvvəl Ayxan Hüseynov, Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev və Sadiq Quliyevlə yeni sözləşmə imzalayıb.

Xəbər xətti