"Turan Tovuz"un futbolçusunun komandası yarımfinalda uduzdu

11:53 - 16 İyun 2023

KONKAKAF Millətlər Liqasında yarımfinal mərhələsinin oyunları keçirilib.

Sportal.az xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Roderik Millerin formasını geyindiyi Panama millisi Kanada ilə qarşılaşıb. Matç kanadalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Roderik Miller bu görüşün iştirakçısı olmayıb. 31 yaşlı müdafiəçi sonadək ehtiyatda qalıb.

Digər finalçı isə Meksikanı 3:0 hesabı ilə məğlub edən ABŞ millisi olub.

Xəbər xətti