"Turan Tovuz" yeni transferini açıqladı

18:18 - 20 İyun 2023

Ötən mövsümü "Kəpəz"də keçirmiş Fərid Nəbiyev "Turan Tovuz"a keçib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə bir illik rəsmi müqavilə bağlanıb.

Yarımmüdafiəçi karyerası ərzində “Qəbələ”, “Slaviya” (Praqa), “Şevardeni” (Gürcüstan), “Viktoriya Jijkov” (Çexiya) klublarının formasını geyinib.

O, son olaraq “Kəpəz”də çıxış edib.

Xəbər xətti