İspaniya klubu avrokuboklardan uzaqlaşdırıldı

12:19 - 24 İyun 2023

UEFA "Osasuna"nı cəzalandırıb. 

Sportal.az qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Pamplona təmsilçisinin 2014-cü ildə danışılmış oyunlarda iştirakı təsdiq edilib. 

Buna görə də, İspaniya klubu Konfrans Liqasında iştirakdan məhrum edilib. Halbuki, adıçəkilən komanda 2023/24 mövsümündə avrokuboklara vəsiqə qazanmışdı.

Belə ki, onlar Primeroda mövsümü yeddinci pillədə başa vurmuşdu. "Osasuna" rəhbərliyi UEFA-nın qərarından apellyasiya şikayət edəcək. 

Xəbər xətti