"Turan Tovuz"un yeni futbolçuları komandaya qoşuldu - FOTO

17:23 - 30 İyun 2023

"Turan Tovuz" 2023/2024 mövsümünün hazırlığına start verib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Bakı Olimpiya Stadionunda məşq edir. Tovuzluların yeni transferləri Martin Petkov və Otto Con da artıq komandanın düşərgəsindədir. Hər iki oyunçu kollektivlə birlikdə ilk məşqlərinə çıxıb.

Transferlə bağlı rəsmi açıqlama bu gün ediləcək.

Qeyd edək ki, Otto Con sön mövsümü "Dukaqjini" klubunda, Martin Petkov isə "Septemvri Sofia"da keçirib.

Mirbağırağa


Xəbər xətti