Cabbarov Konfrans Liqasının oyununa təyinat aldı

14:51 - 3 İyul 2023

FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Avropa Konfrans Liqasının birincin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 20-də keçiriləcək "Vlazniya" (Albaniya) - “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Xəbər xətti