"Turan Tovuz" nigeriyalı hücumçu transfer etdi

22:33 - 7 İyul 2023

Transfer çalışmalarını davam etdirən “Turan Tovuz” heyətini daha bir futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, komanda nigeriyalı futbolçu Otto Conu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumçu ilə 2 illik rəsmi müqavilə bağlanıb. 

Son olaraq Kosovoda “Dukagini” klubunun şərəfini qoruyan 25 yaşlı hücumçu karyerası ərzində “36 Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça”(Kosovo) və “Priştina” (Kosovo) klublarının da formasını geyinib.

Xəbər xətti