Tanınmış məşqçi birinci liqa klubunda

09:47 - 10 İyul 2023

Tanınmış futbol məşqçisi Qurban Berdıyev özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, o,"Dinamo" ilə anlaşıb. Bu barədə Mahaçqala təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tacikistanlı mütəxəssisin son klubu "Soçi" olub. O, daha çox “Rubin” və “Rostov”dakı işi ilə tanınıb.“Dinamo” yeni mövsümdən birinci divizionda çıxış edəcək və rəhbərlik komandanın Premyer Liqaya vəsiqə qazanması üçün iddialı heyət formalaşdıracaq.

Xəbər xətti