"Turan Tovuz"un futbolçusu ABŞ millisinə qarşı oynayacaq

11:59 - 10 İyul 2023

Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) Qızıl Kubokunda yarımfinlaçılar bəlli olub. 

Sportal.az xəbər verir ki, Panama millisi ABŞ yığmasına qarşı oynayacaq. Panamalıların aparıcı üzvlərindən biri "Turan Tovuz"un müdafiəçisi Roderik Millerdir. ABŞ yığması bu mərhələdə Panama ilə qarşılaşacaq.

Meksika isə Yamayka yığmasını sınağa çəkəcək. Hər iki görüş iyulun 13-də baş tutacaq.

Xəbər xətti