"Turan Tovuz" "Sportinq"in sabiq futbolçusu ilə müqavilə imzaladı

17:59 - 10 İyul 2023

"Turan Tovuz" bir müddətdir komandanın düşərgəsində olan Budaq Nəsirovla müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, bu barədə qərb bölgəsi təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə 3 illik rəsmi müqavilə bağlanıb. Tovuz futbolunun yetirməsi olan yarımmüdafiəçi "Turan", "Sumqayıt",  "Araz Naxçıvan",  "Kəpəz", "Sportinq"də (Portuqaliya) çıxış edib.

Xəbər xətti