"Turan Tovuz"un bombardiri bu klubla müqavilə imzaladı

15:20 - 13 İyul 2023

"Turan Tovuz"dan ayrılan Runi Evanın yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, kamerunlu hücumçu karyerasını Bolqarıstanda davam etdirəcək.

27 yaşlı forvard "ÇSKA 1948"lə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Runi Eva 2022/2023 mövsümünü "Turan Tovuz"da keçirib. O, qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 17 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti