Millimiz Latviya ilə heç-heçə etdi

20:57 - 17 İyul 2023

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Latviyadakı təlim-məşq toplanışı çərçivəsində beynəlxalq yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Latviya yığması ilə oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.

Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk qarşılaşma da eyni hesabla başa çatmışdı.

Xəbər xətti