"Dinamo"nun forvardı: "Bakıda şərait yaxşıdır, bu, "Jelezniçar" üçün problem olacaq"

15:16 - 18 İyul 2023

Belarusun "Dinamo" (Minsk) klubunun yarımmüdafiəçisi İvan Baxar komandasının Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin "Jelezniçar"la (Bosniya və Herseqovina) cavab oyununa Bakıda hazırlaşmaqlarından danışıb. 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan 25 yaşlı hücumçu yaradılmış şəraitdən razılıq bildirib:

"Hər şey yaxşıdır. Mən bu cür havaya öyrəşmişəm. Meydança əladır, hər cür şərait var. Şikayət edəcəyimiz bir şey yoxdur. “Jelezniçar” dolu tribunalar qarşısında, öz azarkeşləri qarşısında oynamağa öyrəşib. Düşünürəm ki, onlar üçün problem olacaq. Biz isə azarkeşlər olmayan şəraitdə oynamağa artıq öyrəşmişik. Ümid edirəm ki, bu, bizim xeyrimizə işləyəcək".

Xatırladaq ki, “Dinamo” – “Jelezniçar” cavab oyunu iyulun 20-də Bakıdakı “Azərsun Arena” stadionunda keçiriləcək. Bu cütün qalibi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq.

Xəbər xətti