"Turan Tovuz" İstanbul klubunu məğlub etdi

20:06 - 22 İyul 2023

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Turan Tovuz" bu gün hazırlıq matçı keçirib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Türkiyə I Liqasında mübarizə aparan "Eyüpspor"la üz-üzə gəlib. İstanbul təmsilçisi ilə qarşılaşma tovuzluların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Turan Tovuz"un heyətində Fərid Nəbiyev və Xəyal Nəcəfov fərqləniblər. 

Xəbər xətti