"Turan Tovuz" panamalı futbolçu ilə müqavilə imzaladı

17:39 - 24 İyul 2023

“Turan Tovuz”da yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Roderik Miller ilə sözləşməni daha 2 il müddətinə artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Panama millisinin də şərəfini qoruyan müdafiəçi 2024/2025-ci illər mövsümünün sonunadək "Turan Tovuz"un şərəfini qoruyacaq.

Xəbər xətti