"Turan Tovuz" ispan yarımmüdafiəçi transfer etdi

20:51 - 24 İyul 2023

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Alexandro Qarsiya Serranonu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı ispaniyalı futbolçu ilə 1+1 illik rəsmi müqavilə bağlanıb. 

"Sportinq Xixon"un yetirməsi olan yarımmüdafiəçi karyerası ərzində "Malyorka", "Selta", "Salamanka", "Kornelya", "Qurnik" (Polşa) klublarının formasını geyinib. O, son olaraq Bolqarıstan təmsilçisi "Hebar"ın şərəfini qoruyub.

Xəbər xətti