"Turan Tovuz" müdafiəçi transfer etdi

15:47 - 11 Avqust 2023

"Turan Tovuz" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisi Slavik Alxasovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son olaraq “Zirə”nin şərəfini qoruyan futbolçu ilə 1 illik rəsmi müqavilə bağlanıb.

30 yaşlı müdafiəçi karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.

Xəbər xətti