Millimizin sabiq futbolçusu vəfat etdi

14:52 - 25 Avqust 2023

Azərbaycan futboluna ağır itki üz verib.

Sportal.az Futbolpress.az-a istinadən xəbər verir ki, milli komandanın və "Səbail"in sabiq üzvü Şəhriyar Rəhimov vəfat edib.

Rəhimov 2022-ci ilin fevralında səhhətində yaranan problemə görə karyerasını bitirmişdi.

Mərhum futbolçu karyerası ərzində "Rəvan", AZAL, "Karvan", "Kəpəz", "Səbail", "Zirə"də çıxış edib. O, millidə 9 oyunda forma geyinmişdi.

Xəbər xətti