Ayxan Abbasov: "Bu gün ən zəif oyunumuzu göstərdik"

19:22 - 26 Avqust 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 4-cü turunda doğma meydanda "Səbail"ə 1:3 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- Şəhriyar Rəhimovun ailəsinə səbr diləyirəm, Allah rəhmət eləsin. Azərbaycan futbolu üçün ağır itkidir. Oyuna gəldikdə isə bilirdik ki, "Səbail" əks-hücumlara bel bağlayır. İlk dəqiqələrdə qol buraxmaq bütün planlarımızı pozdu. Futbolçular tələsməyə başladı. Rəqibin müdafiəsini yara bilmirdik. Bu gün ən zəif oyunumuzu göstərdik. İnanıram ki, bu, təkrarlanmayacaq. Amma mövsümün əvvəlidir. Bizdə də yeni oyunçular var, uyğunlaşmaq üçün vaxt lazımdır. Komandanın potensialı var.

- Sərtan Taşkın sanki komandaya uyğunlaşmayıb. Onun zəif performansının səbəbi nədir?

- Sərtan inandığımız futbolçulardandır. O, çətin dövrdən keçir. Bir səhvə görə oyunuçun üstündən xətt çəkmək olmaz. Hər futbolçunun karyerasında eniş olur.

- İki hücumçu ilə başlağınızın səbəbi nə idi?

- Əlbəttə rəqibi görə idi. Erkən qol tələskənlik yaratdı. Hücumlarımız oldu, sadəcə sonluq çatmadı.

Elçin Əlixan

Xəbər xətti