Türkiyə klubunun futbolçusu millimizdən kənarlaşdırıldı - Zədə səbəbindən

14:35 - 10 Sentyabr 2023

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq U-21 millimizin heyətində dəyişiklik olub.

Sportal.az xəbər verir ki, “İğdırspor” klubunun üzvü Mustafa Yıldırım zədə səbəbindən heyətdən çıxarılıb. Bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Serbiya - Azərbaycan qarşılaşması sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq

Xəbər xətti