"Çelsi"nin yeni transferinin debütü gecikir

19:19 - 11 Sentyabr 2023

"Çelsi"nin yayda heyətinə qatdığı Romeo Lavianın komandada debütü gecikir.

Sportal.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi zədələnib. Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Komandanın məşqi zamanı sıradan çıxan belçikalı futbolçu 6 həftə yaşıl meydanlardan kənar qalacaq

Qeyd edək ki, "Çelsi" Romeo Lavianı yay transfer pəncərəsi zamanı "Sauthempton"dan transfer edib.

.

Xəbər xətti