"Liverpul"un hücumçusu millidə zədələndi

16:40 - 13 Sentyabr 2023

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisinin hücumçusu Darvin Nunes sıradan çıxıb. 24 yaşlı forvard Uruqvay millisinin Ekvadorla keçirdiyi oyunda zədələnib.

Ayaq əzələsindən xəsarət alan ön xətt oyunçusu Premyer Liqada "Vulverhempton"la matçı buraxacaq.

Qeyd edək ki, "Liverpul" Darvin Nunesi ötən ilin yayında "Benfika"dan transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 4 çempionat matçında 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti