"Mançester Yunayted" milli üzvünü komandadan kənarlaşdırıdı

19:11 - 14 Sentyabr 2023

İngiltərənin "Mançester Yunayted" klubu Ceydon Sançonu əsas komandadan kənarlaşdırıb.

Sportal.az xəbər verir ki, 23 yaşlı vinger intizamsız davranışlarına görə cəzalandırılıb. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin üzvü nizam-intizamla bağlı çatışmazlıqları aradan qaldırana kimi fərdi qaydada məşq edəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Ceydon Sançonu 2021-ci ilin yayında Dortmund "Borussiya"sından 85 milyon avroya transfer edib. Ön xətt oyunçusu cari mövsümdə komandanın heyətində 3 Premyer Liqa matçında meydana çıxıb.

Xəbər xətti