"Mançester Yunayted" evdə uduzdu - VİDEO

12:44 - 17 Sentyabr 2023

İngiltərə Premyer Liqasında 5-ci turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda "Brayton"u qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Brayton" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Mançester Yunayted" isə 6 xalla 13-cü yerdədir.

"Mançester Yunayted" - "Brayton" 1:3

Qollar: Hannibal Mejbri, 73 - Uelbek, 20, Qross, 53, Pedro, 71

Xəbər xətti