Ayxan Abbasov: "Sumqayıtda oynamaq həmişə çətindir"

20:17 - 23 Sentyabr 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

"Sumqayıtda oynamaq həmişə çətindir. Rəqib ilk dəqiqələrdən öz təzyiqini göstərdi. İlk 10-15 dəqiqə bizim üçün çox çətin keçdi. Sevinirəm ki, komandam günü-gündən belə yüksək tempe dözə bilir, futbolçular diqqətli olurlar. 15 dəqiqədən sonra oyunda bərabərlik yarandı. Yaxşı hücumlar qurduq, epizodlar yaratdıq. Çox təəssüf. İkinci oyundur ki, yüz faizli epizodları qaçırırıq. Bunun üzərində çox işləməliyik. Futbolçularım daha diqqətli olmalıdır. Açıq oyun getdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Qol vura da bilərdik, buraxa da. Futbolçulardan istədiyim budur ki, bu tempi saxlasınlar. Məğlubiyyət, bərabərlik ola bilər. Yolumuza davam edəcəyik. Əlbəttə ki, əksikliklərimiz var. Bunun üzərində çalışacağıq. Azarkeşlərə təşəkkür edirəm".

Elçin Əlixan

Xəbər xətti