Rusiya millisi Türkiyə ilə qarşılaşacaq

18:02 - 24 Sentyabr 2023

Futbol üzrə Rusiya milli komandası yoldaşlıq oyunu keçirmək üçün rəqib tapıb.

Sportal.az xəbər verir ki, ruslar Türkiyə yığması ilə qarşılaşacaq. Bu barədə RB Sport məlumat yayıb. Görüş Türkiyədə keçiriləcək.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə silahlı müdaxiləsinə görə ölkənin yığma komandası beynəlxalq yarışlardan kənarlaşdırılıb. Ona görə də ruslar yalnız yoxlama görüşləri keçirir.

Xəbər xətti