"Turan Tovuz" "Qarabağ"la matça ciddi itkilərlə çıxacaq

10:37 - 20 Oktyabr 2023

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 10-cu turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki. Ayxan Abbasovun rərbərlik etdiyi kollektiv bu oyuna ciddi itkilərlə çıxacaq.

Qərb bölgəsi təmsilçisinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, kapitan Şəhriyar Əliyev, Emmanuel Hakman və Piruzi Marakvelidze qarşılaşmada komandaya kömək edə bilməyəcək. Bu oyunçular zədəlidir.

Qeyd edək ki, "Turan Tovuz" - "Qarabağ" qarşılaşması bu gün saat 18:30-da Tovuz Şəhər Stadionunda baş tutacaq.

Xəbər xətti